Bu prosesi siyasi istismara çevirənlər var" - Ərdoğan gileyləndi

16:38 9 Fevral 2023

“Zəlzələdən bəri dövlət olaraq bütün qurumlarımızla meydandayıq. Məqsədimiz 1 ildə dağıdılan binaların yerinə 2-3-4  mərtəbəli evlər tikməkdir".

Sitat.info xəbər verir ki, bu sözləri bu gün zəlzələ bölgələrində səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"Təəssüf ki, prosesi siyasi istismara çevirənlər də var. Vətəndaşım, mənim xalqım bu sui-istifadəyə heç vaxt getməz.

Bir tərəfdən konteyner işlərimiz, digər tərəfdən xaricdən gətiriləcək konteynerlərimiz var. Gələcək konteynerləri 10 şəhərə paylayacağıq".

Ərdoğan deyib ki, Parlamentdə bu gün keçiriləcək səsvermə ilə fövqəladə vəziyyət qərarı qüvvəyə minəcək:  "Bu, dövlətə Türkiyədəki proseslərdən sui-istifadə edən və ticarətdə korrupsiyaya yol verən bütün sələmçilərə və fitnə qruplarına qarşı müdaxilə etmək imkanı verəcək”.

Nərgiz,

Sitat.info



Xəbər xətti