Ermənistanın keçmiş müdafiə naziri barəsində cinayət işi açılıb

17:00 9 Fevral 2023

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində cinayət işi açılıb.

Sitat.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundna bildirilib.

Məlumata görə, V.Sarkisyan nazir olduğu dövründə hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan 29 nəfərə mənzil verib. Nəticədə dövlətə maddi ziyan dəyib.

Sabiq nazirin həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, V. Sarkisyan 2016-2018-ci illərdə müdafiə naziri olub.

//Report 



Xəbər xətti