Ukrayna Prezident Ofisi: "Qərbin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi həll olunub"

17:29 9 Fevral 2023

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı üçün Qərb ölkələrinin Kiyevə uzaqmənzilli silahlar və qırıcılar verməsi məsələsi həll olunub.

Sitat.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak tviterdə yazıb.

O, bunun detallarını daha sonra açıqlayacağını bildirib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.

//Report 



Xəbər xətti