AFAD əsrin fəlakəti ilə bağlı ilkin hesabatını hazırlayıb

21:47 9 Fevral 2023

Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi, (AFAD) 10 vilayətdə baş verən və episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı ilkin qiymətləndirmə hesabatı hazırlayıb.

AFAD Zəlzələ İdarəsi tərəfindən hazırlanan hesabatda, zəlzələnin baş verdiyi 6 fevraldan bu gün saat 16.00-a qədər təxminən 1300 zəlzələnin qeydə alındığı bildirilib.

Hesabatda 1900-cü ildən 2023-cü ilin 6 fevralına qədər bölgədə 224 zəlzələnin baş verdiyi, ən böyüyünün 6,0 bal gücündə olduğu bildirilib. Bölgə üçün 1900-cü ildən əvvəl 75 tarixi zəlzələ qeydinin olduğu qeyd edilib.

Bölgənin Türkiyə Zəlzələ Təhlükə Xəritəsinə görə “çox təhlükəli yer” kateqoriyasında olduğuna diqqət çəkən hesabatda, zəlzələnin  “ölçülmüş sürətlənmə dəyərləri”, “intensivlik” və “Coulomb Stress Analizi” ilə bağlı elmi qiymətləndirmələri yer alıb.

Zəlzələ bölgəsində zədələnmiş strukturların istifadə edilməməsinin vacibliyinə diqqət çəkən hesabatda, Avropanın ikinci ən böyük zəlzələ müşahidə stansiyası şəbəkəsinə sahib olan AFAD tərəfindən bölgənin seysmik aktivliyinin 7/24 izləndiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti