Rusiyada yaşayış binasında partlayış olub, 12 nəfər ölüb

22:03 9 Fevral 2023

Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 12 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən bildirilib.

"Xilasedicilər daha iki qurbanın meyitini tapıblar, partlayış nəticəsində ölənlərin ümumi sayı 12-yə çatıb", - mənbə bildirib.

O əlavə edib ki, 3 nəfərin taleyi naməlum olaraq qalır.



Xəbər xətti