Məşədi Dadaş məscidindən türkiyəli bacı-qardaşlarımıza yardım - Fotolar

22:25 9 Fevral 2023

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkmiş yüzminlərlə insana yardım məqsədilə Azərbaycanda da ölkə miqyasında kampaniya həyata keçirilir.

Sitat.info xəbər verir ki, bu kampaniyaya ilahiyyatçı Hacı Şahin Həsənlinin rəhbərliyi altında Məşədi Dadaş Dini İcması da qoşulub. İcma yardım aksiyasının ikinci mərhələsində də lazımi geyim məhsullarını Türkiyəyə göndərmək üçün hazırlayıblar. Xüsusən zəlzələdən zərərçəkmiş xanımlar üçün çoxlu sayda yeni isti geyimlər, papaqlar və şarflar göndərilib.

 

Məğrur, 

SİTAT.İNFO 




Xəbər xətti