Dağıntılar altında həyat neçə gün davam edə bilər?

23:50 9 Fevral 2023

Xarici ekspertlər Türkiyədə baş verən fəlakəti şərh ediblər. Onlar dağıntılar altında zəlzələdən sağ çıxanların nə qədər yaşaya biləcəyini izah ediblər.

Kahramanmaraşda ardıcıl iki zəlzələ nəticəsində minlərlə insan dağıntılar altında qalıb. Bəs dağıntılar altında qalanlar  bu ziyyətdə normal olaraq neçə gün davam edə bilər?

Amerika Şimal-Qərb Universitetinin Təcili Tibbi Yardım Mütəxəssisi Corc Çiampas deyir: "8 gündən sonra ehtimallar çox aşağıdır. Yəqin ki, 5-8 gündən sonra orqanlar sıradan çıxmağa başlayır. İnsanda böyrək çatışmazlığı ola bilər. Təəssüf ki, bu ölümlə nəticələnə bilər”.

Amerikalı ekspert bildirib ki, bu müddət müxtəlif amillərə görə dəyişə bilər. Bu amillər arasında zəlzələ qurbanının fiziki və psixi sağlamlığı, yaşı, su və qidaya çıxış imkanları müəyyənedici rol oynayır.

Ən kritik vəziyyətdə olanların isə ağır yaralananlar olduğunu deyən mütəxəssis psixi sağlamlığın vacibliyinə diqqət çəkib: “Əqli cəhətdən güclü olanda və kiminsə gəlib səni xilas edəcəyinə ümid bəslədikdə, daha iki-üçün gün artıq dayana bilərsən".

San-Fransisko Universitetinin digər Təcili Tibbi Yardım Mütəxəssisi Kristofer Kouellin sözlərinə görə, yaş da mühüm amildir: “İnsanların ağır şəraitdə möcüzəvi şəkildə sağ qaldığı bir çox müxtəlif ssenarilər var. Bunlar, ümumiyyətlə, ya dağıntılar arasında boşluq tapmaq, ya da hava və su kimi lazımi elementlərə çıxış yolu tapmaq şansına malik olan gənc insanlardır.”

Məğrur

Sitat.info



Xəbər xətti