Rusiyanın müxtəlif şəhərlərində Ukraynadakı müharibə əleyhinə etirazlar davam edir.
SİTAT.İNFO xəbər verir ki, Rusiyanın 48 şəhərində keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 2500 nəfər saxlanılıb.
Təkcə Moskvada saxlanılan etirazçıların sayı 753 nəfərdir. Sankt-Peterburqda 350, Novosibirskidə 278 nəfər polis nəzarətinə alınıb.
Hüquq müdafiəçiləri saxlanılanların sayının daha çox olduğunu deyirlər.