ABŞ Suriyaya sanksiyaları müvəqqəti dayandırıb

11:07 10 Fevral 2023

ABŞ rəhbərliyi, Suriyaya da təsir edən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra ölkəyə yardıma icazə vermək üçün 180 günlük sanksiya istisnası təmin edəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən açıqlamada, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən zəlzələ ilə əlaqədar bütün əməliyyatlara icazə verən ümumi lisenziyanın Suriyaya verildiyi bildirildi.

Açıqlamada, sözügedən ümumi lisenziya ilə Suriya Sanksiya İdarəsi ilə qadağan edilən zəlzələ yardımı ilə bağlı bütün əməliyyatların 180 gün müddətində azad ediləcəyi bildirilib.

Açıqlamada, ABŞ-ın sanksiya proqramlarının qanuni humanitar yardımı hədəf almadığı və verilən azadlığın davam edən zəlzələ böhranında ABŞ-ın Suriya xalqını dəstəkləmək öhdəliyini əks etdirdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti