Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık 10 şəhərdə baş verən zəlzələdən sonra Türkiyənin fövqəladə hallar üçün saxlanılan qan ehtiyatlarını sürətlə bölgəyə daşıdıqlarını söyləyib.
Sitat.info xəbər verir ki, boş anbarlar üçün fəlakətdən dərhal sonra qanvermə çağırışı edilib.
Kərəm Kınık: "Millətimiz hər zamankı həssaslığı ilə qan verməyə tələsdi və təcili ehtiyatımızı doldurdu. Birinci gün 40 min şəxsdən, ikinci gün isə 30 min şəxsən qan götürdük. Lakin qan saxlanıla bilməyən bir müalicə vasitəsi olduğu üçün uzun müddətdir ki, ilin 365 günü qan götürürük və analizlərin nəticələrini veririk. Onu hazırlayıb xəstəxanalara çatdırmalıyıq. Bunun üçün qan donorlarımızdan qanvermələrini gün ərzində yaymalarını xahiş edirik. Donorlarımıza həssaslıqlarına görə təşəkkür edirik".
“0 Rh-mənfi (0 Rh-)” qan qrupunun çox əhəmiyyətli olduğuna diqqət çəkən Türk Qızıl Aypara rəhbəri K.Kınık deyib ki, hər hansı bir təcili vəziyyətdə xəstə və ya yaralının qan ehtiyacı qan qrupu tapılana qədər bu qrupdan qarşılanır. Bizim cəmiyyətdə '0 mənfi' azdır, bu qan digər qruplara nisbətən aşağıdır. Məsələn, ilk gündə verilən 40.000 vahiddən yalnız 1300 ədədi 0 mənfi qrupdan olub".
Türkiyədə ildə təxminən 3 milyon qan bağışına ehtiyac olduğuna diqqət çəkən Kınık bu məlumatları paylaşıb:
"Bu nisbət gündə təxminən 8-9 min vahid qanvermə deməkdir. Qızıl Aypara təcili ehtiyatların davamlı qorunmasını nəzərə alaraq hər gün təxminən 10-12 min vahid qan toplamasını olanlayır. Qış şəraiti ağırdır. Mövsümə görə və Ramazan aylarında qan donorluğunda təbii azalmalar olur.
Səid,
Sitat.info