Ukrayna ordusu Mariupolda əks-hücum həyata keçirib

19:45 6 Mart 2022

Bu gün Ukrayna ordusunun əsgərləri Mariupolda uğurlu əməliyyat həyata keçiriblər.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə nazirliyinin rəsmi açıqlamasında deyilir.

“Ukrayna müdafiəçiləri 3 düşmən tankını, 4 PDM, 2 “Tiqr” zirehli maşınını və 30-a yaxın işğalçı hərbçini məhv etməyə müvəffəq olublar. İki rus əsgəri təslim olub”,-deyə açıqlamada bildirilib.

“Əsir düşən əsgərlər “biz hara göndərildiyimizi bilmirdik” ad ilə bilinən mahnını “oxuyublar”. Lakin onlar hər şeyi əvvəldən biliblər. Biri taqım komandiri olan iki tankçı özləri təslim olmağa qərar veriblər. Ekipajın qalan üzvləri də məhv edilən zirehli kolonun içindəki yanan maşınlarda əbədi olaraq qalıblar. Mariupol aqressorun hücumuna mətinliklə davam gətirir. Qələbə bizimlə olacaq”,-deyə Müdafiə nazirliyi qeyd edib.



Xəbər xətti