Artıq qardaş ölkə Türkiyədə episentri Kahramanmaraşda olan və 10 şəhəri dağıntılara məruz qoyan zəlzələdə uçqun altında qalan insanların xilasetmə işləri davam etdirilir.
Sitat.info xəbər verir ki, bu gün, hadisədən 4 gün sonra Azərbaycandan gedən xilasedicilər bir qadını dağıntılar altından sağ çıxarıblar.
Xilaskarlarının Azərbaycanlı olduğunu görən qadın, Allah razı olsun, can qardaşlarım. İlham Əliyevə də salamlarımı çatdırın" deyib.
4 gün sonra xilasedicilərimizin köməyi ilə həyatı qurtulan qadının Azərbaycan prezidentinə salam göndərməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Məğrur,
Sitat.info