Sözün bitdiyi yer: Zəlzələ qəbiristanlığında nömrəli dəfn

14:07 10 Fevral 2023

Kahramanmaraş mərkəzli 10 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həyatını itirənlər dəfn edilib. Zəlzələdən ciddi ziyan çəkən vilayətlərdən biri olan Hatayın Antakya rayonunda "zəlzələ qəbiristanlığı" yaradılıb.

Sitat.info xəbər verir ki, Antakya rayonunda AFAD-ın koordinasiyasında təyin olunan ərazidə dəfn əməliyyatları başlayıb. Tikinti texnikasının təşkil etdiyi ərazidə dəfn, dəfn yuyulması və məscid sahələri yaradılıb.

Xəstəxanada yarılma əməliyyatı tamamlanan cənazələr nəqliyyat vasitələri ilə "zəlzələ qəbiristanlığı" ərazisinə gətirilir və dini vacibat yerinə yetirilərək dəfn edilir.

Qəbir daşları adların yerinə nömrələnir ki, dəfn prosesi tez həyata keçirilsin və çaşqınlıq olmasın. Cəsədlər müxtəlif şəhərlərdə dəfn etmək istəyənlərə çatdırılır.

Müxtəlif şəhərlərdən zəlzələ bölgəsinə göndərilən səyyar yanacaqdoldurma məntəqələri də bu mərkəzdən tələb olunan rayonlara göndəriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti