Bu şirkət də işçilərini çıxarır: 1600 nəfər

14:28 10 Fevral 2023

Amerikanın Yahoo şirkəti 1600-dən çox əməkdaşını və ya bütün işçilərin 20 faizini ixtisar edəcək. Prosedur reklam şöbəsinin işçilərinin 50 faizinə təsir edəcək.

Sitat.info xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata əsasən bu həftə ilk ixtisarlar dalğası çərçivəsində 1000 işçi, yəni ştatın 12 faizi ixtisara salınacaq və biznesin yenidən qurulması müzakirə ediləcək.

Şirkətin baş direktoru Cim Lanzon ixtisarların maliyyə problemləri ilə deyil, bölmədəki strateji dəyişikliklərlə əlaqədar olduğunu izah edib.

Onun sözlərinə görə, tədbir Yahoo-nun maliyyə göstəricilərinə müsbət təsir göstərəcək və şirkət əldə etdiyi gəlirləri daha sərfəli biznes layihələrinə yatıra biləcək.

Şirkət həmçinin iki reklam platformasını, SSP və Gemini-ni bağlamaq qərarına gəlib. Şirkət tərəfdaşlıq müqaviləsi bağladığı Taboola platformasına keçəcək.

Son zamanlar iri İT şirkətləri qlobal iqtisadiyyatda gözlənilən tənəzzülə hazırlıq məqsədilə işçilərini aktiv şəkildə azaldırlar. Belə ki, fevralın 8-də Amerikanın Zoom videokonfrans xidməti 1300 əməkdaşının işdən çıxarıldığını elan edib. Həmçinin, 500-ə yaxın işçi dünyanın ən böyük onlayn hərrac platforması olan eBay-ı ixtisar etməyi planlaşdırır.

 



Xəbər xətti