İskenderun limanındakı yanğın söndürüldü

15:47 10 Fevral 2023

Hatay vilayətində İskenderun limanında 5 gündür davam edən yanğın söndürülüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Dənizçilik Baş idarəsi yayıb.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-sı baş verən 7,7 bal gücündə zəlzələdən sonra İskenderun limanında aşan konteynerlərdə yanğın başlayıb. Yanğın bir neçə dəfə nəzarət altına alınsa da, daha sonradan yeniən güclənib.

 



Xəbər xətti