Kreml: Zəlzələlərə görə Türkiyəyə dəstəyimiz davam edəcək

17:55 10 Fevral 2023

Kremlin sözçüsü Dmitriy Peskov, "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərə görə Rusiyanın Türkiyəyə dəstəyinin davam edəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov, Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərdiyini xatırladıb.

Rusiyanın bu fəlakətə görə Türkiyəyə dəstək verdiyinə işarə edən Peskov bildirib: “Rusiyanın bu dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işlərində necə fəal iştirak etdiyini bilirsiniz. Bu araşdırmalar davam edəcək”.

Peskov bildirib ki, Rusiya zəlzələ ilə əlaqədar Suriyaya da humanitar yardım göstərməyə davam edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti