Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələ dünya mətbuatında geniş işıqlandırılıb.
Sitat.info xəbər verir ki, İtaliyanın “II Tempo” qəzeti zəlzələ ilə bağlı yazılarda “Əsrin fəlakəti” başlığından istifadə edib. Fransız mətbuatı da öz yazılarında zəlzələni “Əsrin ən dəhşətli təbii fəlakətlərindən biri” kimi qiymətləndirib.
Qəzet, Türkiyədə baş verən zəlzələləri manşetlərə çıxarıb və “əsrin fəlakəti” ifadəsi işlədilib.
10 əyaləti sarsıdan zəlzələ fəlakətini işıqlandıran İtaliyanın "II Tempo" qəzeti zəlzələ bölgəsində baş verənləri oxucuları ilə bölüşüb.
Qəzet, prezident Ərdoğanın bölgəyə səfərinin təfərrüatlarını yazıb.
Həmçinin qəzetdə, dağıntılar altında üçü uşaq olmaqla yeddi italiyalının ola biləcəyi də bildirib.
Fransız mətbuatında “Əsrin ən dəhşətli təbii fəlakətlərindən biri” başlıqları ilə xəbərlər dərc edilib.
Axtarış-xilasetmə işlərinin çətin şəraitdə davamlı olaraq aparıldığı bildirilib.
Yazıdalarda “Hələ ümid var... Yorulmadan... Sona qədər” ifadələrdən istifadə olunub
Dağlntı Kanada mətbuatında da işıqlandırılıb.
Belə ki, “Le Journal de Montréal” qəzeti zəlzələləri “əsrin ən pis fəlakətlərindən biri” kimi xarakterizə edib.
Seymur Bənnayev
Sitat.info