Qazaxıstan Suriyaya 50 ton humanitar yardım göndərib

21:07 10 Fevral 2023

Qazaxıstan hökuməti "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Suriyaya 50 ton humanitar yardım göndərilməsinə qərar verib.

Sitat.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada, prezident Qasım- Comərd Tokayevin göstərişi ilə hökumətin paytaxt Astanada beynəlxalq humanitar yardımla bağlı iclas keçirdiyi və Suriyaya 50 ton humanitar yardımın göndərilməsinə qərar verildiyi bildirilib.

Açıqlamada bildirib ki, dövlət ehtiyatlarından konservlər, geyimlər, qış çadırları, çarpayılar və yataq dəstləri ayrılıb. Yardım İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə 4 yük təyyarəsi ilə Suriyanın Hələb şəhərinə çatdırılacaq.

Məğrur 

Sitat.info



Xəbər xətti