Ukraynada yeddi nazir müavini işdən çıxarıldı

21:37 10 Fevral 2023

Ukrayna Nazirlər Kabineti bu gün 7 nazir müavinini işdən azad edib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk açıqlama verib.

• Kudin Denis İqoreviç iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən;

 • Meri Andrenikovna Akopyan Ukrayna daxili işlər nazirinin müavini vəzifəsindən;

• Bondarenko İqor Pavloviç daxili işlər nazirinin müavini vəzifəsindən;

 • Sergey Mixayloviç Qonçarov daxili işlər nazirinin müavini vəzifəsindən;

• Drapyatı Boqdan Evgenyeviç daxili işlər nazirinin müavini vəzifəsindən;

 • Yekaterina Vladimirovna Pavliçenko daxili işlər nazirinin müavini vəzifəsindən;

• Olqa Aleksandrovna Rabiyçuk Ukrayna Turizmin İnkişafı üzrə Dövlət Agentliyi sədrinin rəqəmsal inkişaf, rəqəmsal transformasiyalar və rəqəmsallaşma üzrə müavini vəzifəsindən azad olunub.



Xəbər xətti