"Talanlara qarşı son dərəcə amansız olacağıq".
Sitat.info xəbər verir ki, bu sözləri Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.
Ömər Çelik bildirib: "Afterşok zəlzələlər davam etdiyi üçün evlərinə gedə bilməyən insanlar var. Hamımız onların sığınacaq, yemək və təmizlik ehtiyacları üçün hər gün sahədəyik. Soyğunçuluq hadisələri qarşısında son dərəcə amansız olacağıq. Biz lazımi tədbirləri görürük, amma soyğunçuluq cəhdləri olanda qətiyyətli davranacağımızın bilinməsini istəyirəm".
Partiya sözçüsü qeyd edib ki, Uşaqlarımız sağ-salamatdır, təkbaşına köçürülən sahibsiz uşaqlarımız qətiyyətlə himayə olunur. Xəstəxanalarda bu uşaqların baxımsız qalması, onlara baxılmaması, yad adamların əlinə keçməsi kimi yanaşmalar var. Biz bu məsələdə çox həssasıq. Hər bir uşaq güclü təqib, qayğı ilə nəzarət altındadır. Burada gördüyüm, zəlzələ qurbanı olan, yaralanan, dağıntılar altından çıxan xalqımızın inamını, humanist hisslərini ömür boyu unutmayacağıq.
Seymur Bənnayev
Sitat.info