Zəlzələdə daha bir azərbaycanlı qadın həlak olub

22:47 10 Fevral 2023

Türkiyədəki zəlzələdə daha bir Azərbaycan vətəndaşı həlak olub.

Sitat.info xəbər verir ki, XİN-dən verilən məlumata görə, bu, 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızıdır.

Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bununla da təbii fəlakətdə ölən Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb. Buna 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı dünyasını dəyişib.



Xəbər xətti