Azərbaycan Xarici İşlər Nazirliyi Şərqi Yerusəlimdə baş verən hücumla bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.