Ceyhun Bayramov xilasedicilərimizin əməliyyat apardığı ərazidə - Foto

14:16 11 Fevral 2023

Kahramanmaraşda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycan FHN-in xilasedicilərinin əməliyyat apardığı ərazidə olub.

“Sitat.info” APA-ya istinadən xəbər verir ki, Azərbaycan XİN rəhbərini türkiyəli həmkarı Mövlud Çavuşoğlu və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edir.

Qeyd edək ki, hazırda həmin ərazidə FHN-in axtarış-xilasetmə qrupları çalışır. Etibar Mirzəyev burada görülən işlərlə bağlı Ceyhun Bayramova və Mövlud Çavuşoğluna məlumat verib.

Burdan sonra FHN tərəfindən quraşdırılmış mobil səhra hospitalına baş çəkəcəklər.

 



Xəbər xətti