Növbəti yardım karvanı Türkiyəyə yola salındı - Foto

14:53 11 Fevral 2023

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan qardaş ölkəyə yola düşüb.

Bu barədə “Sitat.info”ya FHN-dən məlumat verilib.

Yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 ədəd çadır və 240 ədəd qızdırıcı daxildir.

 

 




Xəbər xətti