“Ceyhun Bayramov dedi ki, qardaşlar arasında təşəkkürə ehtiyac yoxdur”

17:33 11 Fevral 2023

“Azərbaycandan göndərilən yardım təyyarələri ehtiyac duyduğumuz çadır və digər ləvazimatları fasiləsiz Türkiyəyə gətirir. Bu yardımlara görə nə qədər minnətdar olsaq da azdır. Mən bu barədə təşəkkürümü bildirəndə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dedi ki, qardaşlar arasında təşəkkürə ehtiyac yoxdur. Çünki biz bir millət, iki dövlətik. Türkiyənin kədərini, dərdini öz kədərimiz, öz dərdimiz kimi qəbul edirik”.

Sitat.info xəbər verir ki, bunu fevralın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən zərər çəkmiş əraziləri ziyarət etmək üçün Kahramanmaraşa səfər edən azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyəyə xilasetmə qüvvələri və tibbi yardımla yanaşı, əlavə çadırlar da göndərilir. Çadırlarla bağlı digər ölkələrlə də danışıqlar aparırıq. Biz çiyin-çiyinə çalışırıq. Azərbaycanın Vətən müharibəsində Zəfər qazanmasında azərbaycanlılar qədər türk xalqı da qürur hissi keçirdi. Bugünkü kədərimizi də bizim qədər azərbaycanlı qardaşlarımızın da hiss etdiyini bilirik.



Xəbər xətti