Premyer Liqa: “Sabah”ın bombardiri “Qarabağ”la oyunda zədələnib

18:42 11 Fevral 2023

“Sabah”ın futbolçusu Coy Lens Mikels zədələnib.

Sitat.infoun məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”a qarşı keçirdikləri Premyer Liqanın XXII tur matçında xəsarət alıb.

Almaniyalı oyunçunu 32-ci dəqiqədə Kristian Sebalyos əvəzləyib.

Qeyd edək ki, “Qarabağ” hazırda 1:0 hesabı ilə öndədir. Coy Lens Mikels cari mövsüm çempionatda 12 qol vurmaqla "Sabah"ın ən məhsuldar oyunçusudur.



Xəbər xətti