Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsi sayəsində baş verib.
Ermənistandan gələn humanitar yük dolu 5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib.
Qeyd edək ki, sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı.