2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var.
Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinin ilk növbədə, elektroenergetika sahəsindən başladığını qeyd edən dövlətimizin başçısı deyib ki, artıq 10-dan çox yarımstansiya və 10-dan çox su elektrik stansiyası inşa edilib: “Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq”.
Prezident bildirib ki, bütün stansiyalar ümumi şəbəkəyə qoşulub. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.