Bursanın İnegöl rayonundan xilasetmə işlərinə qatılmaq üçün Kahramanmaraşa gedən 20 yaşılı Suriyalı Muhammed Elali, geri dönərkən baş verən avtomobil qəzasında həyatını itirib. Elalının Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ olaraq çıxarmağa kömək etdiyi öyrənilib.
Sitat.info xəbər verir ki, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 əyalətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyənin hər yerindən xilasetmə qrupları və könüllülər zəlzələ bölgəsinə gedib.
Bursanın İnegöl rayonunda yaşayan suriyalı Muhammed Elali dostu 40 yaşlı Ərtoğrul Karaduman ilə birlikdə Kahramanmaraşa gedərək xilasetmə işlərinə qatılıb. Dağıntılar altından 3 nəfərin xilas edilməsinə kömək edən Elali, fevralın 11-i şənbə gecəsi İnegöl istiqamətində yola düşüb.
Ankaranın Polatlı rayonunda Elalinin avtomobili qarşısındakı yük maşınına çırpılıb. Qəzada Ərtoğrul Karaduman yaralanarkən, Məhəmməd Elalı hadisə yerində dünyasını dəyişib. Cənazəsi Bursanın İnegöl mahalına gətirilən Məhəmməd Elalı, dünən Yeşil Məsciddə qılınan cənazə namazının ardından İsaören qəbiristanlığında torpağa tapşırılıb.
Seymur Bənnayev
Sitat.info