Episentri Kahramanmaraşda olan və 10 şəhərin dağıldığı zəlzələdən zərər çəkmiş insanlar Antalya başda olmaqla digər bölgələrdəki otellərə yerləşdirilibş
Sitat.info xəbər verir ki, otellərdə yerləşdirilən zərərçəkənlərin sayı 100 mini keçib.
Belə ki, zəlzələdən sonra Mədəniyyət və Turizm Nazirliyi, AFAD və Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) təşkilatçılığı ilə zəlzələ bölgəsindəki 10 əyalətin 21 bölgəsində 100 minə yaxın şəxs otellərə yerləşdirilib.
Zəlzələ bölgəsindəki 10 əyalətdən alınan son məlumatlara görə, AKTOB, ALTİD, MASTOB, KETOB və digər bölgələrdəki regional birliklərin təşkilatçılığı ilə Antalya başda olmaqla digər vilayətlərdəki otellərə yerləşdirilən zəlzələ qurbanlarının sayı 100 minə çatıb. TÜROFED-in rəhbərliyi altında otellərlə yanaşı, 5 mindən çox zəlzələ qurbanı müəllim evi, polis evi kimi bir çox dövlət qurum və təşkilatlarına məxsus qonaq evlərinə və sosial obyektlərə yerləşdirilib.
Zəlzələ qurbanlarının əksəriyyəti AFAD-ın təşkilatçılığı ilə Antalya, Muğla və Mersin başda olmaqla bir çox şəhərə təyyarə və avtobuslarla, bəziləri də öz avtomobilləri ilə aparılıb. Antalya Qubernatorluğunun məlumatına görə, şəhərə gələn və dövlət qurumlarına aid otel və qonaq evlərində məskunlaşanların sayı 55 mini keçib.
TÜROFED-dən əldə edilən məlumata görə, Antalya, Alanya, Manavgat, Fethiye, Bodrum, Marmaris, Kapadokya, Kuşadası, İzmir, Çanaqqala, Dənizli, Afyonkarahisar, Isparta, Mersin, Balıkəsir, Bursa, Ankara, Bolu, Samsun, Diyarbakır, Van və bu şəhərlərin rayonlarında açıq mehmanxanalarda müəyyən kvotalar yaradılıb. Xüsusilə həm Aralıq dənizi, həm də Egey bölgələrində qış dövrü ilə əlaqədar bağlanan otellər açılaraq istifadəyə verilib.
Məğrur,
Sitat.info