Putin Ukraynaya qarşı yeni hücum əməliyyatlarına başlayıb, bu baxımdan, Ukraynaya dəstək gücləndiriləcək.
Sitat.info xəbər verir ki, bu sözləri NATO-nun baş katibi vurğulayıb.
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı yeni hücum əməliyyatlarına başladığını bildirib.
Stoltenberq bu barədə Alyansın müdafiə nazirlərinin fevralın 14-15-də Brüsseldə keçiriləcək ikigünlük iclası ərəfəsində keçirdiyi brifinqdə bildirib.
"Biz Ukraynaya dəstəyimizi gücləndirəcəyik. İşğaldan təxminən bir il keçdi. Prezident Putin sülhə hazırlaşmır. O, yeni hücumlara başlayır. Biz Ukraynanı qazanmaq, ədalətli və davamlı sülhə nail olmaq üçün lazım olanı təmin etməyə davam etməliyik”, - Stoltenberq vurğulayıb.
Nərgiz,
Sitat.info