Səfərbərliyin ikinci dalğasının olub-olmayacağı ilə bağlı məlumat yoxdur.
Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalistlərə bildirib ki, Rusiyada səfərbərliyin ikinci dalğasının mümkünlüyü barədə məlumat yoxdur.
2022-ci il oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezidentə qismən səfərbərliyin başa çatması barədə hesabat verib. Şoyqunun sözlərinə görə, 300 min nəfər çağırılıb, qismən səfərbərlik çərçivəsində əlavə tapşırıqlar nəzərdə tutulmayıb.
Ötən ilin sonunda Rusiya prezidenti Vladimir Putin, ehtimal edilən yeni səfərbərlik dalğası ilə bağlı şayiələri şəxsən təkzib etdi.
Onun sözlərinə görə, mövcud hərbi resurslar kifayət qədərdir. Yanvarın sonunda Peskov səfərbərliyin ikinci dalğasının mümkünlüyü ilə bağlı xəbərlərin etibarsızlığından da danışıb.
Nərgiz,
Sitat.info