Türkiyəyə humanitar yardım aksiyasına Saatlı və Hacıqabul sakinləri də qoşulub

20:57 13 Fevral 2023

Zəlzələdən əziyyət çəkmiş qardaş Türkiyədə xalqına humanitar yardım aksiyasına Saatlı və Hacıqabul sakinləri də qoşulub.

Sitat.info Report-a istinadən xəbər verir ki, bu məqsədlə Saatlı rayon ərazisində 4 toplama məntəqəsi yaradılıb.

Qəbul məntəqələrində kişilər, qadınlar, uşaqlar üçün isti geyimlər, eləcə də yorğan, döşək, həmçinin quru ərazq məhsulları, tibbi ləvazimatlar, generator, uşaq bezləri, uşaq yeməkləri toplanılıb.

Hər iki rayonda toplanan humanitar yardımlar qardaş Türkiyəyə yola salınıb.



Xəbər xətti