Gürcüstanın Batumi şəhərində çimərlikdə mina partlayıb.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, şahidlər sahildəki dalğalar üzərində yellənən minanı lentə alıblar.
Daha sonra sahildə partlayış baş verib.
Hazırda təcili yardım xidmətinin hadisə yerində olduğu bildirilir.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.