Çavuşoğlu: Zəlzələ həmrəyliyi Yunanıstanla yeni səhifə açmağımıza səbəb oldu

16:52 14 Fevral 2023

İsrail xarici işlər naziri ilə birgə mətbuat konfransı keçirən Mövlud Çavuşoğlu Türkiyədə baş verən zəlzələyə beynəlxalq aləmdə verilən dəstəkdən danışıb. Çavuşoğlu bildirib ki, zəlzələ zamanı həmrəyliyi Yunanıstanla yeni səhifə açmağımıza səbəb oldu.

Sitat.info xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankarada İsrailin xarici işlər naziri Eli Cohen ilə birgə mətbuat konfransı keçirib. İsrail-Türkiyə ünsiyyətini dəyərləndirən Çavuşoğlu münasibətlərinin yeni dövrə qədəm qoyduğunu bildirib.

Çavuşoğlu: "İlk dəfə bir araya gəldik. Münasibətlərimiz yeni dövrə qədəm qoydu. Yüksək səviyyəli bir səy göstərildi. Ortaq maraqlar və qarşılıqlı hörmət əsasında məsləhətləşmələrimiz davam edəcək. Fələstin məsələsində artan gərginliyin azalması üçün gözləntilərimizi bu gün gündəmə gətirdik. İki dövlətli həll səylərinə zərər verəcək vəziyyətlərdən qaçınılmasını istəyirik. Məscidi-Əqsanın satusunun qorunması olduqca vacibdir. İsrail dövlətinin də bu statusun qorunması üçün istəkli olduğunu gördük. Bu hal həm dünya həm də İsrailin özü üçün həssasdır",- deyə əlavə edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti