1 ildir evli olan cütlük də zəlzələdə öldü.... - Fotolar

19:30 14 Fevral 2023

Türkiyədə baş verən zəlzələ gənc ailələri də yarımçıq qoyub. Qaziantepin İslahiye rayonunda işləyən fizioterapevt Fatih Selçuk və müəllim həyat yoldaşı Fatma Səlçukun evləri dağıntılar altında qalıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, xilasedicilər cütlüyün meyitlərini tapıb.

Fatih Selçukun cənazəsi doğulduğu Konyada torpağa tapşırılıb. Həyat yoldaşının cənazəsi isə məmləkəti Kütahyaya göndərilib.

Cütlüyün 1 il əvvəl evləndiyi bildirilir.

 


 



Xəbər xətti