NATO Müdafiə Nazirləri toplantısı üçün Brüsseldə toplaşan alyansa üzv ölkələrin müdafiə nazirləri toplantıdan əvvəl Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər üçün bir dəqiqəlik sükutla yad edib.
NATO-nun müdafiə nazirləri Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında görüşüblər.
İclasın ilk günündə NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə müdafiə nazirləri Türkiyədə baş verən zəlzələlərdə həyatını itirənlər üçün bir dəqiqəlik sükutla yad edilib.
Bir dəqiqəlik sükut çağırışından əvvəl Türkiyədə baş verən zəlzələni xatırladan NATO-nun baş katibi Stoltenberq “Türkiyəyə səmimi başsağlığımızı çatdırırıq” deyib və NATO olaraq Türkiyənin yanında olduqlarını bildirib.
Bir dəqiqəlik sükutdan sonra günorta iclaslarında qısa çıxış edən Stoltenberq bildirib ki, NATO müdafiə nazirləri birinci ilini başa vurmaq üzrə olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Stoltenberq bəyan edib ki, müharibə səbəbindən həm Ukrayna xalqı, həm də dünya xalqı xüsusilə ərzaq böhranı səbəbindən çətinliklər yaşayır.
Seymur,
sitat.info