ABŞ-da silahlı hücumda 3 tələbə ölüb

22:07 14 Fevral 2023

ABŞ-ın Miçiqan Dövlət Universitetində baş verən atışmada 3 tələbə həlak olub.

Sitat.info xəbər verir ki, Universitetin təhlükəsizliyinə cavabdeh polis rəis müavini Kris Rozman, hücumçunun açdığı atəş nəticəsində 3 tələbənin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.

Rozman təcili zənglə silah səslərinin eşidildiyi Berkey Hall binasına çatdıqlarını, polislə toqquşan şəxs bir müddət sonra intihar etdiyini bildirib.

Adı Anthony McRae (43) olaraq açıqlanan qaradərili hücumçunun tələbə olmadığı və məktəblə heç bir əlaqəsinin olmadığı bildirilib. Hücumun səbəbinin araşdırıldığı qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti