Çavuşoğlu xarici komandalarla bağlı dezinformasiyalara fikir bildirib

13:14 15 Fevral 2023

Xarici işlər naziri Mövlud Çavuşoğlu, axtarış-xilasetmə işləri üçün Türkiyəyə gələn əcnəbi qruplarla bağlı yayılan dezinformasiyaya reaksiya göstərərək bildirib: "Bu ölkələri də utandırırıq. Onlar yaxşı niyyətlə gəliblər. Nöqsanlar ola bilər, amma qısa müddətdə sistem yerinə oturdu. Digər ölkələrin komandaları komandalarımızla həmrəylik içində çalışırlar".

Sitat.info xəbər verir ki, Mövlud Çavuşoğlu bu sözləri Bosniya və Herseqovinanın Xarici İşlər Naziri ilə birgə mətbuat konfransı zamanı deyib.

"Hər fürsətdə deyirik ki, beynəlxalq ictimaiyyətdən böyük dəstək və həmrəylik aldıq. Yardım təklif edən ölkələrin sayı 100-dür. Sahədə 76 ölkədən komanda var. Vəzifəsini başa vurub geri qayıdanlar da var. Bəzi komandalar başqa dağıntı bölgələrinə keçmək istədiklərini deyir, bəziləri öz ölkələrinə qayıdır",-deyə Çavuşoğlu əlavə edib.

O bildirib ki, Onların qayıtması ilə bağlı dezinformasiyalar yayılır. Çirkin böhtanlar da atılır. Deyilənə görə, fikir ayrılığı var, bunu onlar özləri də təkzib ediblər. Təəssüf ki, bunu edənlər bizim öz mediamız, öz sosial media istifadəçilərimizdir. Biz bu ölkələri də utandırırıq. Axı onlar xoş niyyətlə gəlmişdilər. Çatışmazlıqlar ola bilər, lakin sistem qısa müddətdə yerinə oturdu.  Digər ölkələrin komandaları komandalarımızla həmrəylik şəraitində çalışdılar. Onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirik.

Çavuşoğlu qeyd edib ki, dünən prezidentimiz bildirdi ki, müvəqqəti yaşayış yeri verilərkən biz daimi yaşayış evlərinin tikintisinə də başlayırıq. İyun ayında onların hamısının tenderi keçiriləcək və təməli qoyulacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti