"Acun Media"nın rəhbəri Acun Ilıcalı növbəti jesti ilə gündəmə gəlib.
Sitat.info xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək"Trabzonspor" - "Bazel" oyununu TV8 kanalından şifrəsiz yayımlanmasına qərar verib. Acun bununla kifayətlənməyib. O, matçın yayımı zamanı nümayiş etdiriləcək reklamlardan əldə ediləcək gəlirin Türkiyədə baş verən zəlzələ qurbanlarına ayrılacağını da açıqlayıb. Acun bu qərarı media qrupun bütün sosial şəbəkə hesablarında da paylaşıb.
Türkiyədə UEFA bayrağı altında keçirilən 3 klub turnirinin yayım hüququ "Acun Media"ya məxsusdur. Şirkət bir onlayn platforma ilə pullu və televiziya kanalı vasitəsilə isə pulsuz olaraq oyunları canlı yayımlayır.
Qeyd edək ki, "Trabzonspor" avrubokların pley-off mərhələsindəki yeganə Türkiyə klubudur. "Ay-ulduzlular"ın digər 3 təmsilçisi UEFA Avropa Liqası və Konfrans Liqasının 1/8 finalından mübarizəyə qoşulacaq.