Avropa İttifaqından Rusiyaya daha bir zərbə

14:34 15 Fevral 2023

Avropa İttifaqı, Rusiyaya qarşı yeni ticarət qadağaları və texnologiya ixracı məhdudiyyətlərini ehtiva edən 11 milyard avroluq 10-cu sanksiyalar paketini açıqlayıb.

Sitat.info xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Strasburqda keçirilən Avropa Parlamentinin Baş Assambleyasının sessiyasında Ukraynada müharibənin başlamasından bu yana gedən prosesi dəyərləndirib.

Aldıqları müxtəlif tədbir və sanksiyalarla Rusiyanın mübarizə qabiliyyətini zəiflətdiklərini ifadə edən von der Leyen, "Rusiya iqtisadiyyatının qüvvədə olan 9 sanksiya paketi ilə gerilədiyini bildirib.

 

Rusiyaya təzyiqləri artırmaq üçün yeni bir sanksiya paketi hazırladıqlarına diqqət çəkən Von der Leyen: "Rusiyaya yeni ticarət qadağaları və texnologiya ixracı nəzarətlərini ehtiva edən 10-cu sanksiya paketini təklif edirik",-deyə əlavə edib.

Yeni sanksiya paketinin ümumi dəyərinin 11 milyard avro olduğuna diqqət çəkən von der Leyen, paketin Rusiya silah sistemlərində pilotsuz uçuş aparatları (PUA), raketlər və helikopterlər kimi müxtəlif silah sistemlərində istifadə edilən elektron komponentlərə ixrac məhdudiyyətlərini ehtiva etdiyini bildirib.

Von der Leyen, Rusiyanın Ukraynadakı döyüş meydanlarında istifadə etdiyi yüzlərlə İran istehsalı olan PUA-nın aşkarlandığını xatırladaraq bildirib ki, İran istehsalı olan bu pilotsuz təyyarələr Ukrayna vətəndaşlarını öldürür və bu qəddarlıqdır.

 

Von der Leyen İran İnqilab Keşikçiləri Korpusuna bağlı təşkilatlar da daxil olmaqla, İran təşkilatlarına qarşı da sanksiyalar tətbiq etməyi təklif etdiklərini bildirib və Rusiyada istehsal müəssisələrinin qurulması üçün PUA-ların tədarükü və texniki biliklərin ötürülməsi ilə bağlı İranla qarşıdurma verməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, Aİ Komissiyasının təklif etdiyi sanksiyalar paketinin qüvvəyə minməsi üçün 27 üzv dövlətin razılığı lazımdır. Aİ Komissiyası paketin müharibənin ildönümü olan 24 fevrala qədər qüvvəyə minməsini hədəfləyir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti