Rusiyanın Dövlət Dumasının 15 deputatında koronavirus açıqlanıb.
Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı rusiyalı deputat Denis Parfenov açıqlayıb.
Onun sözlərinə görə, ölkə lideri Vladimir Putinlə görüşdən əvvəl 370 deputatdan koronavirus testi götürülüb və onlardan 15-də nəticə müsbət olub.
Xatırladaq ki, V.Putin fevralın 21-i Federal Məclisə müraciət edəcək.