Elon Mask bir il sonra Twitter-in idarəetmə vəzifəsini təhvil verəcək

16:23 15 Fevral 2023

Twitterin sahibi Elon Mask, yeni satın aldığı şirkətdə işləri yoluna qoyub yeni bir rəhbərliyə ötürməsən bir il idarəetmənin başında qalacağını bildirib.

Sitat.info xəbər verir ki, Dubayda keçirilən "Dünya Hökuməti Zirvəsi"nə video konfrans vasitəsilə qatılan Musk, ilk olaraq Twitter-i sabit və maliyyə cəhətdən sağlam görmək istədiyini vurğulayıb

Tesla və SpaceX-in də sahibi olan 51 yaşlı Mask bildirib ki, Şirkətdəki təşkilatı sabitləşdirməliyəm və maliyyə cəhətdən sağlam bir yerdə olduğundan və məhsulun yol xəritəsinin aydın şəkildə tərtib edildiyindən əmin olmalıyam. Düşünürəm ki, bu ilin sonuna doğru şirkəti idarə edəcək başqa birini tapmaq üçün yaxşı vaxtdır.

Euronews.tr-da yer alan xəbərə görə, Musk çıxışında Tesla və SpaceX-in performansından da söz açıb və hər iki şirkətin maliyyə cəhətdən əvvəlkindən daha yaxşı olduğunu müdafiə edib.

Məğrur

Sitat.info



Xəbər xətti