NATO-nun baş katibi Stoltenberq sabah Türkiyəyə gəlir

17:10 15 Fevral 2023

NATO-nun baş katibi Stoltenberq prezident Ərdoğanla görüşmək və NATO-nun həmrəylik mesajını çatdırmaq üçün sabah Türkiyəyə gələcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Stoltenberq, NATO Müdafiə Nazirləri Toplantısının sonunda təşkil etdiyi mətbuat konfransında bir sual üzərinə NATO-nun Türkiyəyə dəstəyi və sabah Türkiyəyə edəcəyi səfərlə bağlı məlumat verib.

O, Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar bütün müttəfiqlərin Türkiyəyə dərin hüznlə başsağlığı və dəstəyini ifadə etdiyini vurğulayıb.

Stoltenberq NATO-nun müttəfiqlərin köməyinə əlavə olaraq sığınacaq obyektləri göndərəcəyini xatırladıb və bir neçə gün ərzində Türkiyəyə göndəriləcəklərini bildirib.

Stoltenberq bildirib ki, Prezident Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşmək, həmrəylik və başsağlığı vermək üçün sabah Türkiyədə olacağam. 

Həmçinin Stoltenberq, görüş zamanı NATO və müttəfiqlərin yardımlarının koordinasiyasını da qiymətləndirəcəyini bildirib.

Dünən NATO Müdafiə Nazirləri Toplantısını bir dəqiqəlik sükutla açdıqlarını xatırladan Stoltenberq; "Türkiyəyə verdikləri dəstəyə görə müttəfiqlərimizə təşəkkür etmək istəyirəm. Bu gün bütün müttəfiqləri dəstəyini artırmağa çağıraraq Müdafiə Nazirləri Toplantısını bitirdim”,-deyə əlavə edib.

Səid

Sitat.info



Xəbər xətti