Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq - Reznikov

17:26 15 Fevral 2023

Ukrayna Silahlı Qüvvələrinin böyük əks-hücum əməliyyatına başlaması və Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üçün Ukraynaya daha bir neçə ay vaxt lazım olacaq.

Sitat.info xəbər verir ki, bunu  müdafiə naziri Aleksey Reznikov deyib.

O izah edib ki, Qərbin vəd etdiyi tanklar və digər texnika Ukraynada dərhal yox, müəyyən müddətdən sonra peyda olacaq - məhz ona görə ki, ekipajlar təlim keçməli olacaqlar.

"Texnikalar Ukraynaya belə daxil ola bilməz. Ekipajlarımız - istər artilleriya, tank, Bradleylər, Mastifflər və ya Strikerlər istifadə etməyə  hazır olmalıdırlar, tank batalyonları olmalıdır. 

Reznikovun sözlərinə görə, Ukrayna ordusu tərəfindən yeni genişmiqyaslı hücuma başlamaq ehtimalı məhz ekipajın hazırlığının vaxtından və texnikanın gəlişindən asılıdır.

"Bu, vaxt tələb edir. Söhbət bir neçə aydan gedir, o vaxta tam hazır olacağıq. Bundan sonra Baş Qərargahın qərarı ilə müəyyən hadisələr baş verəcək".

Nərgiz,

Sitat.info



Xəbər xətti