Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır

17:35 15 Fevral 2023

“Ermənistan və Türkiyə iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı işlərə yeni impuls verməyə dair razılığa gəliblər”.

Sitat.info “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç deyib. 

“Hər iki ölkənin naziri belə bir razılığa gəlib və biz Marqara körpüsünün tez bir zamanda istifadəyə verilməsi üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə Kılıç deyib.



Xəbər xətti