Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.
“Sitat.info”nun məlumatına görə, yayım zamanı maraqlı anlar da yaşanıb.
Belə ki, canlı efirə telefonla bağlanan “Atasay Kuyumculuk” şirkətinin baş direktoru Cihan Kamer 250 min lirəlik ianə edəcəyini açıqlayıb. Aparıcı Acun Ilıcalı isə “250 milyonu 300-ə yuvarlayaq ağabəy” deyərək ona müraciət edib, Cihan Kamer də qəbul edib.
Bunun ardından “Akmercan Holding”in İdarə Heyətinin rəhbəri Yunus Kesgin zəng edib. O, 20 milyon lirə ianə edəcəyini açıqlayıb. Acun isə bu rəqəmi əvvəlcə 25, daha sonra 30 min lirə etməyi xahiş edib. Yunus Kesgin “Ali Koç və sizin xətrinizə 30 milyon lirə edirik”, - deyə aparıcının xahişinə müsbət cavab verib.
Həmin görüntüləri təqdim edirik: