Paşinyan qapalı görüş keçirdi, sülh sazişini müzakirə etdi

10:56 16 Fevral 2023

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə qapalı görüş keçirərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinin mətnini müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, rəsmi olaraq yayılan məlumatda görüş zamanı yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərin müzakirə edildiyi qeyd olunub: “Lakin görüş zamanı, həmçinin Azərbaycanla sülh sazişinin mətni də müzakirə olunub. Paşinyan və partiya nümayəndələri bu məsələ barədə fikir mübadiləsi aparıblar. Bundan sonra isə Paşinyan bildirib ki, danışıqları mümkün qədər tez bir zamanda başa çatdırmaq, eləcə də Türkiyə ilə münasibətləri nizamlamaq lazımdır”.

Qeyd edək ki, sözügedən qapalı görüş fevralın 14-ü baş tutub və görüşün detalları açıqlanmayıb.

 



Xəbər xətti