ABŞ-da ticarət mərkəzinə silahlı hücum baş verib

14:51 16 Fevral 2023

ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Cielo Vista ticarət mərkəzində atışma baş verib. Hadisə yerinə çoxlu sayda polis və ilk yardım qrupları göndərilib.

Rəsmilər hücumda 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib. El Paso polis rəisi Peter Pacillas, hadisə ilə bağlı iki nəfərin saxlanıldığını və ticarət mərkəzinin təhlükəsizlik səbəbilə bağlandığını bildirib.

Qeyd edək ki, ötən çərşənbə axşamı ABŞ-ın Miçiqan Universitetində baş verən silahlı hücumda 3 nəfər ölüb, 5 nəfər yaralanmışdı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti