Rusiya üçüncü dünya müharibəsini yaxınlaşdırır- ABŞ

15:08 16 Fevral 2023

Moskva digər ölkələrin suverenliyinə hörmət etmək əvəzinə, güc hökmranlığına əsaslanan dünya qurmaq istəyir. Rusiya III Dünya Müharibəsinin qarşısını almaq üçün müəyyən edilmiş beynəlxalq qaydaları məhv etməyə çalışır.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin (XİN) spikeri Ned Prays brifinqdə deyib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın yeni xarici siyasəti “Qərb monopoliyasına son qoymağa” və Qərb standartlarının dünyada hökmranlığına qarşı yönəlib.

Lavrovun bu bəyanatını şərh edən ABŞ Xarici İşlər Nazirliyinin spikeri vurğulayıb ki, dünyada mövcud olan qaydaları İkinci Dünya Müharibəsinin faciəsi təkrarlanmasın deyə, təkcə ABŞ və ya Qərb deyil, bütövlükdə bütün dünya birliyi hazırlayıb və qəbul edib.
 Onun sözlərinə görə, Rusiya bu qaydalara əməl etmək əvəzinə, dünyanın müxtəlif regionlarında elə indi də etməyə çalışdığı kimi, öz iradəsini başqa ölkələrə sırımaq istəyir.

“Biz bunu ən açıq şəkildə Ukraynada görürük, burada Rusiya öz iradəsini Ukrayna xalqına sırımaq, Ukrayna hökumətini devirmək və Ukraynanı suverenliyindən, müstəqilliyindən, demokratiyasından məhrum etmək üçün bütün vəhşi qüvvələrini göndərib”, – Prays deyib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti